Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə unikal.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu gün saat 1.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Saatlı rayon sakini Ellər Fərəcov idarə etdiyi "QAZ-33021 markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.

Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.