Xəbər verdiyimiz kimi, Lerik rayonunu Piran kəndi ərazisində broyler fabrikində partlayış olub.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində kənd sakini Məmmədov Valeh Oruc oğlu dünyasın dəyişib. Əliyev Mehman Ağamir oğlu və Aslanov Akif Oruc oğlu isə yaralanıb.

Qafqazinfo-nun məlumatına görə, hadisənin baş verdiyi "Lerik Broyler" MMC rayonun deputatı İqbal Məmmədova məxsusdur. Onun atası Nəriman Məmmədovla, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur. Şirkət "Lebro" markası ilə toyuq istehsalı və satışı ilə məşğul olur.
Qeyd edək ki, bir müddət əvvəl mediada həmin fabrikdə antisanitar mühitin olduğu barədə iddialar və video material yayımlanıb. Bu barədə açıqlama verən vətəndaş Kəbirə Əliyevaya qarşı deputat 30 min manatlıq məhkəmə iddiası qaldırmışdı. K.Əliyeva həmin zaman şirkətdə təhlükəsizlik tədbirlərinin zəif olmasını qeyd edib və bildirmişdi ki, "Lerik Broyler fabrikində elektrik işləyən Vüqar Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüb.