Yevlax sakini çimərkən boğulma təhlükəsi yaşayıb.

Unikal.org xəbər verir ki, onun köməyinə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri yetişib. Nəticədə 1999-cu il təvəllüdlü Yevlax rayon Nemətabad kənd sakini Məmmədov Elmin İlham oğlu xilas edilərək sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Xilasetmə əməliyyatı bu gün saat saat 17:50-də başa çatıb.