Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə bu gün saat 15:00 radələrində "Bakı Metropoliteni"nin "Ulduz stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev unikal.org-a bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib:

"1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü reyslərin üzərinə altıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb.