Saatlı rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıqasımlı kəndində qeydə alınıb.

3 yaşlı Həsənova Familə Bəxtiyar qızı evlərinin həyətindəki gölməçəyə düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.