Biləsuvarda zəncirvari yol qəzası baş verib.

Unikal.org bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon ərazisində avtobus, QAZ - 53 markalı yük maşını və minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.
Faktla bağlı araşdırma aparılır.