Hindistanın Cammu Kəşmir bölgəsində Hindu hacıları daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində 16 nəfər ölüb, 27 nəfər yaralanıb.

Unikal.org Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, yaralanan 27 nəfərdən 19-nun vəziyəti ağırdır. 

Hindu hacılari ziyarətə gedərkən baş verən qəzanın səbəbləri araşdırılır.