Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, "Report"-un qərb bürosu xəbər verir ki, Dönük Qırıqlı Kənd sakini olan 1990-cı il təvəllüdlü Musayev Nihad Əhməd oğlu qoyunları yoldan keçirərkən onu maşın vurub. 

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Musayev Nihad Əhməd oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.