Bakıda 22 yaşlı qız Daxili İşlər Nazirliyinin 102 - "Qaynar xətt nömrəsinə zəng edərək yalan məlumat verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsi Şabanov küçəsindəki binada yaşayan 1995-ci il təvəllüdlü Şəfiqə Həsənova (ad şərtdir) polisə zəng edərək bildirib ki, kimsə onların yaşadığı evə partlayıcı yerləşdirib. Bundan bir neçə dəqiqə sonra yəni, hüquq-mühafizə orqanları deyilən ünvana hələ gəlib çatmamış qızın anası 102-yə zəng edib. O, qızının ruhi xəstə olduğunu deyib və onun hərəkətinə görə üzrxahlıq edib.

Araşdırma aparılır.