Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhərində azyaşlının dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.