Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, yolun 11-ci kilometrliyində - Abşeron rayonu ərazisində "Toyota Prado" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Bu zaman yük avtomobilinin arxasında dayanmış 1991-ci il təvəllüdlü Faiq Bədəlov arxaya hərəkət edən nəqliyyat vasitəsinin altında qalıb. O, hadisə yerində vəfat edib.

 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.