"Hesab edirəm ki, ünvanlı sosial yardım praktikasından imtinanın vaxtı çatıb. Düzdür, elektron sistemə keçid olub, amma bu sistemin özü artıq ömrünü yaşayıb bitib".
 
Bu fikirləri Unikal.org-a Milli Məclisin deputatı Musa Quliyev deyib. O, qeyd edib ki, konkret olaraq sosial müdafiə hüququ müəyyən olunmalıdır: "Ailədə uşaqların sayına görə, əlilliyi olanların ehtiyaclarına görə, qocalığa görə və.s. Baxmayarq ki, nazirlik ciddi nəzarət edir, hələ də subyektivlik mövcuddur. Dövlət vəsaitinin kənarlaşması prosesi var. Biz elə etməliyik ki, bu məsələ məmurun qərarından asılı olmasın. Müavinətlər qanunun göstərişlərindən asılı olsun".  
 
Həsən Babayev