Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəəbər verir ki,  hadisə Nərimanov rayonunda baş verib.

Ziya Bünyadov prospektində sürücü Qədimov Vüqar idarə etdiyi "VAZ 2103" markalı, 10 FC 601 dövlət seriya nişanlı avtomobillə sərt dönmə əməliyyatını yerinə yetirərkən nəqliyyat vasitəsi Anar Məhərrəmovun sürdüyü "BYD"yə çırpılıb. Nəticədə "VAZ 2103" markalı avtomobil deformasiyaya uğrayıb, sürücü isə yüngül bədən xəsarəti alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib və avtomobillər cərimə meydançasına aparılıb. Fakt araşdırılır.