İyulun 1 - də Bakı şəhər Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfinən Nəsimi rayonu ərazisində yol kənarında, atılmış olaraq 3 uşaq aşkarlanmışdı. Uşaqlar Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirildikdən sonra polis əməkdaşları uşaqların analarının axtarıldığını elan edib. Şəkildəki qadını görən, tanıyan, bilən varsa sığınacağın qaynar xəttinə (0125113409;
0554660806) məlumat verilməsi xahiş olunur.

Unikal.org xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli  bildirib ki, uşaqlar sığınacağa yerləşdirildikləri gün Ağsu rayon Polis Şöbəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora hadisə ilə bağlı məlumat verdim. Bu gün Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə Uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır." - deyə, Vasif bəy bildirdi.