Azərbaycan artıq müstəqil dövlətdir və onun öz telekanalları var və bu kanallar peyk vasitəsi ilə dünyanın, demək olar ki, hər yerinə yayımlanır. Niyə biz cəbhə xəbərlərini Fransaya, Rusiyaya, Almaniyaya öz televiziyalarımızla yaymaq, buna görə də texnologiyalarımızı yeniləmək haqqında düşünmürük.

Biz özümüz öz xəbərlərimizin eksklüziv daşıyıcısı olmaq şərəfini anlamadan başqa ölkələrin kanallarının kölgəsini qılınclayırıq.
İndi bir dəqiqəlik hadisələrə bu tərəfdən yanaşaq, niyə biz  Fransada, Belçikada bir hadisə baş verən kimi o saat həmin ölkələrin telekanallarının koordinatlarını dərhal tapır və bütün günü o kanallarda gedən baş xəbərləri izləyirik və həmin kanalları hətta birbaşa efirə belə qoşuruq? Bəs niyə həmin ölkələr eyni işi Azərbycanda nəsə baş verəndə  bizim kanallarımızla etmirlər? Biz özümüz öz xəbərlərimizin eksklüziv daşıyıcısı olmaq şərəfini anlamadan başqa ölkələrin kanallarının kölgəsini qılınclayırıq.

Əlbəttə, ANS  öz imkanları və dünyanın nüfuzlu kanalları ilə olan işgüzar, dost əlaqələrindən istifadə edərək cəbhəyanı zonalardan reportajlar göndərdi. Beynəlxalq ENEX təşkilatının üzvü kimi bura daxil olan 50-dən artıq kanal məhz ANS-in döyüş zonasından birbaşa  reportajlarını  aldı və yaydı. Amma yaymayanlar da oldu. Məsələn NTV kanalına Vahid Mustafayevin NTV kanalı üçün hazırladığı reportajı kanal sonda qəbul etmədi. Səbəbi sadəcə həqiqət deməsi  idi. (ANS TV)