Yevlax rayonu ərazisində baş vermiş zəncirvari yol qəzası zamanı Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Yusifova Qızpəri Dostməmməd qızı vəfat edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində beş nəfər yaralanıb ki, onların da bir neçəsi eyni ailənin üzvləridir. Yaralanan şəxslər bunlardır:

İsmayılov Rasim Həmid oğlu, 1965-ci il təvəllüdlü, Yevlax rayon sakini;

İsmayılzadə Əli Tanrıverdi oğlu, 2012-ci il təvəllüdlü, Yevlax rayon sakini;

İsmayılzadə Banu Əli qızı, 2017-ci il təvəllüdlü, Yevlax rayon sakini;

Abbasova Təranə Rəfail qızı, 1993-cü il təvəllüdlü, Yevlax rayon sakini;

Yusibova Ülviyyə Zeynəddin qızı, 1956-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini;

14:38

Mingəçevir-Bəhrəmtəpə yolunda, Yevlax rayonu ərazisində zəncirvari qəza baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı iki "Vaz 2106 və bir "Vaz 2107 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Vaz 2106da olan qadın sərnişin yerində dünyasını dəyişib. Üç nəfər isə ağır xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına gətiriliblər.