Mingəçevir şəhərində başlayan yanğının söndürülməsi prosesi davam etdirilir. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 22:30 radələrində şəhərin Mingəçevir kəndinin Günəş küçəsində qeydə alınıb. Vətəndaşa məxsus mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti cəlb olub. Yanğın böyük ərazini əhatə etdiyi üçün və yaxınlıqdakı evlər və yardımçı tikililərin yanmaq təhlükəsi olduğu üçün əraziyə 4 yanğınsöndürən avtomobil cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir. Yanğın zamanı tövlədə mal-qaranın olduğu və ev sahibinə xeyli ziyan dəydiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma apırlır.