Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 15 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Unikal.org-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1970-ci il təvəllüdlü Marif Arif oğlu Məmmədovun cəsədini sudan çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:40-da başa çatıb.