Neftçala rayonunda sərnişin avtobusu yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Dördlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon Avtonəqliyyat ASC-yə məxsus, Elşən Zakir oğlu Məmmədovun idarə etdiyi Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu anidən alovlanıb. Avtobusda olan sərnişinlər dərhal təxliyyə ediliblər. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da avtobus yararsız hala düşüb.
.
Faktla bağlı araşdırma aparılır.