Bakıda yaxtanın külək aparması nəticəsində dənizdə batan modelin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN)mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov unikal.org-a bildirib ki, bu gün səhər saatlarında Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

O.Bayramov həmçinin hadisənin qısa təfərrüatı barədə də qısa məlumat verib: "Yazılır ki, yaxta çevrilib. Amma bu belə olmayıb. G.Mirzəyeva suda olarkən yaxtanı külək aparıb. Bu zaman o hadisə yerində boğulub". 

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda dənizdə üzən zaman yaxtanı külək aparıb.  Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva "Miss Lafarella internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.