Mingəçevir şəhərində təcili tibbi yardım maşını iki avtomobillə toqquşub, 9 nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı "VAZ-2110" markalı avtomobildə olan ana və üç uşağı, həmçinin təcili tibbi yardım avtomobilində olan tibbi bacısı Elnarə Rəhimova yüngül bədən xəsarətləri alıb və onlar ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. Hadisə xəstəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib.