Xızı rayonunda inzibati binada yanğın hadisəsi baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Xızı rayonu, Yeni Yaşma kəndində ümumi sahəsi 1684 m2 olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yardımçı otağın içərisinə yığılmış karton və kağız tullantıları 8 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.