Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçısı olan Günel Mirzəyeva vəfat edib. 

Unikal.org "1news.aza istinadən verdiyi məlumata görə, bu barədə modelin yaxın dostu deyib. O bildirib ki, rəfiqəsi dənizdə boğulub: "Hadisə "vəhşi çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, o isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.

Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, o, sağdır və bizimlə zarafat etmək istəyir.