Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org FHN-nin saytına istinadən xəbərinə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunub. 

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.