Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.