AZAL-ın 8028 saylı Antalya-Bakı reysi qeydiyyatdan keçmiş lakin təyyarəyə minməmiş sərnişin üzündən gecikir.

Unikal.org xəbər verir ki, bu barədə baku.ws-ə sərnişinlərdən biri məlumat verib.

Həmin sərnişinin baqajını müəyyən etmək üçün əlavə prosedur həyata keçirilir.

Belə ki, hazırda təyyarədə olan bütün baqajlar çıxarılaraq sərnişinlərə tanımaya təklif olunur.

Qeydiyyatdan keçmiş lakin təyyarəyə minməmiş həmin sərnişinin baqajı müəyyənləşdirildikdən sonra uçuş həyata keçiriləcək.