Rusiyanın Leninqrad vilayətinin Vıborq rayonunda "Qazel və "Volqa markalı iki avtomobil toqquşub. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, "Volqanın Ermənistan vətəndaşı olan 31 yaşlı sürücüsü idarəetmənin itirərək, 60 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi "Qazelə çırpılıb.

Sürücülərin hər ikisi yüngül xəsarət alsa da, "Volqada olan Gürcüstan vətəndaşı ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.