Hacıqabul sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, hadisə iyunun 27-də saat 11.00 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Hacıqabul rayon sakini Xəyal Abdullayev ehtiyatsızlığı nəticəsində həmyerlisi Rauf Ağayevin idarə etdiyi "Ford" markalı yük avtomobilinin təkərinin altına düşüb.

Xəstəxanaya yerləşdirilən X.Abdullayev orada ölüb.