Ramazan bayramı günlərində Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, iyunun ayının 24-dən 27-nə kimi Azərbaycanda 19 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, 30 nəfər yaralanıb. 

İYUNUN 24-DƏ

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

İYUNUN 25-DƏ

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

İYUNUN 26-DA 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

İYUNUN 27-DƏ

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.