Şəmkirdə yaşayış evi yanıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, yanğın hadisəsi rayonun Dəllər Daşbulaq kəndində Müsaməddin Cəfərova məxsus 3 otaqlı evdə qeydə alınıb. Saat 16 radələrində başlayan yanğın evin bir otağını əşyalarla birgə külə döndərib, digər otaqlar isə alovdan mühafizə olunub. Əraziyə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğının elektrik naqillərində olan qısaqapanma nəticəsində yarandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.