Göyçay rayonunda saxlanılan narkotik istifadəçisinin üzərindən heroin aşkar edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hüquq mühafizəçiləri tərəfindən aparılan əməliyyat nəticəsində dəfələrlə məhkum olunmuş 1978-ci il təvəllüdlü Göyçay rayon Mallı Şıxlı kənd sakini Çingiz Qara oğlu Məmmədov saxlanılıb.

Baxış zamanı onun üzərindən 0,783 qram heroin götürülüb.

Saxlanılan şəxs barəsində Göyçay rayon Polis şöbəsində cinayət işi açılıb.