Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib.

Belə ki, bu gün saat 17.00 radələrində Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 11 ünvanında yaşayan Yusif Həzrət oğlu Zakirov ağır qapalı kəllə-beyn travması və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Məlum olub ki, Yusif Zakirov yaşadığı ünvanda gilas yığan zaman ağacdan yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.