Tovuz sakinini ilan sancıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Murad Haqverdi oğlu özlərinə məxsus həyətyanı sahədə gəzərkən ilan onun sağ topuq nahiyəsindən sancıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.