Naftalan şəhərində 4 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən qəza baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  2013-cü il təvəllüdlü şəhər sakini Elin Əli qızı Məmmədova küçədə oynayan zaman yolun qarşı tərəfinə keçmək istəyib, lakin bu zaman onu sürətlə hərəkətdə olan velosiped vurub.

Dərhal xəstəxanaya aparılan uşağa həkimlər tərəfindən tibbi yardım göstərilib. O, daha sonra valideynləri tərəfindən Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.