Cəlilabad rayonunda yük maşını aşıb.

Unikal.org report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunda rayonla Göytəpə şəhərinin arasından keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı kartofla dolu yük maşını "QAZel" markalı yük maşını ilə toqquşub. Kartoflar yola dağıldığından magistralda bir müddət tıxac yaranıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.