Bakının Sabunçu rayonunda fəaliyyət göstərməyən beşmərtəbəli inzibati binada yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 900 m2 olan 1-ci mərtəbəsində otaqların döşəməsi 71 m2 sahədə və 2-ci mərtəbədə yaşayış üçün nəzərdə tutulmuş sahəsi 160 m2 olan mənzillərin yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.