16:06
Məktəbin direktoru Zöhrab Mürsəlov Unikal.org-a bildirib ki, məsələni araşdırır: "Özüm Sizinlə əlaqə saxlayıb bu barədə geniş məlumat verəcəm".

13:40
Göyçay 5 nömrəli orta məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə 5 ci sinif şagirdini döyüb. 

Atasının Unikal.org-a verdiyi məlumata görə, tarix müəlliməsi onun qızı Xasməmmədli Aysunu nalayiq ifadələrlə təhqir etdikdən sonra döyərək xəsarət yetirib: "Hadisə bu gün səhər saat 11:00 radələrində baş verib. Şagirdlərin yanında söyüş və təhqirlərlə qışqıraraq öz üstünlüyünü nümayiş etdirib. Ailə üzvlərimiz bu gün etirazlarını bildirib şikayət edəcəklərini dedikdə müəllimə cavab verib ki, "Hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var". Anası uşağı tibbi ekspertizadan keçirməyə aparırlar".