Masallı rayonunda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə rayonun Axundov küçəsi ev 13 ünvanında qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Ərəstun Məmmədov yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.