Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlu ağır avtomobil qəzası keçirib.
Unikal.org xəbər verir ki, bu barədə jurnalist Nicat Dağlar məlumat verib. O bildirib ki, çox pis bir hadisə baş verib:

"Dostumuz Ceyhun Musaoğlu ailəsilə birgə ağır avtomobil qəzası keçirib. Bilmirəm buna möcüzə deyim, ya nə deyim, fakt odur ki, tamamilə dağılmış avtomobilin içindən hamısı sağ-salamat çıxıb. Şükürlər olsun, özü də min dəfə şükürlər olsun ki, Allah bizə müsibət yaşatmadı...

***

Report-un xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA bir neçə dəfə aşıb.
Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.