Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Parçaxalac kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Şirvan şəhər sakinləri - 63 yaşlı Vilayət Musarza oğlu Həsənov, onun arvadı 58 yaşlı Cənnət İzzət qızı Həsənova və onların nəvəsi 5 yaşlı Rauf Samir oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.