Ötən gecə Bakının mərkəzində naməlum avtomobil gənc qızı vurub.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Xəqani küçəsi 6 ünvanının qarşısında baş verib. Naməlum avtomobil 1997-ci il təvəllüdlü Əhmədova Aytac Vidadi qızını vurandan sonra uzaqlaşıb.

Yaxınlıqdakı şəxslərin təcili yardıma müraciətindən sonra gənc qız Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırma aparılır.