Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.


Unikal.org lent.az-a istinadən xəbər verir ki, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.



Yasamalda məcburi köçkünlərin yataqxanası yanır - İnsanlar təxliyə olunur - FOTO
Yasamalda məcburi köçkünlərin yataqxanası yanır - İnsanlar təxliyə olunur - FOTO