Lənkəran rayonunun Liman şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unika.org bildirir ki, APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün saat 11.00 radələrində Ələt- Astara magistralında qeydə alınıb.

"Mercedes markalı, 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan Səfərov Kənan Adil oğlu və Səfərov Xalid Xaliq oğlu ölüb.