Bakıda avtobus qəzası baş verib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində qeydə alınıb. 202 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu "İsuzu markalı yük maşını ilə toqquşub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində ölən və xəsarət alan olmayıb.