Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən "99 HF 830 dövlət nömrə nişanlı "Ford markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Hacıqabulda baş verən ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub. "Ford markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar: Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.