Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Osmanlı kənd sakininin idarə etdiyi "KİA markalı avtomobil yolla hərəkət edən at arabasını vurub. At arabasında olan Qaratoğay kənd sakini, 39 yaşlı Ramil Bəybala oğlu Vahidov və qəzada daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.