Aktrisa Pərvin Abıyeva "Maşın realiti-şousunda hər kəsdən üzr istəyib.

Unikal.org qafqazinfo-ya istinadən  xəbər verir ki, buna səbəb onun ötən gün müğənni Səidə Sultanla söz davasına çıxmasıdır. Abıyeva qeyd edib ki, sözügedən şouya ölkədə kiçikdən böyüyə çox adam baxır:

"Dünən isterika keçirdim. Məndən balacalardan da, böyüklərdən də üzr istəyirəm. Səidə xanım da məndən kiçikdir, hətta ondan da üzr istəyirəm.

Xatırladaq ki, ötən günkü efirdə onlar arasında mübahisə düşüb, tanınmışlar bir-birini təhqir ediblər. Səs rejissorları efirdə səsi alaraq onların danışıqlarının eşidilməsinə maneə olublar.