"Uzun müddət xəstə yatdım".

Unikal.org xəbər verir ki, bu sözləri əməkdar artist Əjdər Həmidov səhhəti haqda metbuat.az-a danışarkən deyib. 

O, vaxtı ilə iki dəfə intihara cəhd etdiyini bildirib:

"Allaha şükür, çox yaxşıyam. Xəstəxanadan evə gəlmişəm. Hətta xəstəxanadan çıxdıqdan sonra 7 tamaşada rol almışam. İndi əhvalım yaxşıdır. 10 il bundan əvvəl isə böyük depresiya keçirmişdim. Teatrdan da uzaqlaşmışdım, rayona getmişdim, yataq xəstəsi idim. Hətta o zaman iki dəfə intihara da cəhd etmişdim. Amma indi elə fikirim yoxdur.