Uzun müddətdir ki, xalq artisti Ramiz Əzizbəylinin səhhətində problem var.

Unikal.org xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov aktyora baş çəkib.

O, birlikdə fotolarını paylaşaraq R.Əzizbəyliyə dəstək olacaqlarını söyləyib:

"Ramiz Əzizbəyli xeyli vaxtdır ki, xəstədir. Tezliklə "Həyat fondu olaraq ona kömək edəcəyik. Öz yaradıcılığı ilə xalqına xidmət edən sənət adamına borcumuzu verməyin vaxtıdır.

Qeyd edək ki, Hacı Nuran bu yaxınlarda "Həyat" adlı xeyriyyə fondu açıb. Fondun çərçivəsində "Həyat" adlı veriliş hazırlanacaq və ATV-də efirə gedəcək.axşam.az