Bakıda əməkdar artistin avtomobilinin şüşələri sındırılıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində Səlim Abbasova məxsus "BMW" markalı avtomobilin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.

Avtomobildən oğurluq edilməsə də, S.Abbasova məxsus 2 skripka götürülərək yolun kənarına atılıb.

Səlim Abbasov üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib.

Qeyd edək ki, Səlim Abbasov tanınmış skripka ifaçısı və Azərbaycanın əməkdar artistidir.